Məktəblilərin fənn olimpiadası
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1484721962587f0f2ab00374.86374082.jpg)
Məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 26.12.2016-cı il tarixli 427 nömrəli əmrinə əsasən 15 yanvar 2017-ci il tarixində saat 10-da, 3 saat vaxt verilməklə şəhərin inzibati rayonları üzrə müəyyən olunmuş məktəblərdə keçirilmişdir. Bakıxanov qəsəbəsində yerləşən 96 №-li tam orta məktəbdə Sabunçu rayonunda fəaliyyət göstərən 46 tam orta məktəbin, məcburi köçkün rayonlarının məktəblərinin, Kaspi liseyinin(Sabunçu filialının) bilik yarışında qalib gələn şagirdləri şəhər mərhələsində iştirak etmişdirlər. Fənn olimpiadasının şəhər mərhələsi IX-XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, kimya, fizika, riyaziyyat, biologiya və informatika fənləri üzrə keçirilmişdir.Fənlər üzrə olimpiadada 790 nəfər şagird iştirak etmişdir