Bakı şəhəri Təhsil İdarəsinin təşkil etdiyi "Lütfi Zadə" adına Məktəblilərarası I Məntiq Olimpiadasında məktəbimizi 7b sinif şagirdləri Sadıqlı Ümid və Rəhimli Fuad təmsil etmiş və qalib olmuşdur. Bu münasibət ilə Bakı şəhəri Təhsil İdarəsi dekabrın 6-da "İstək" liseyində mükafatlandırma mərhələsi keçirmişdir.Məktəbimizin şagirdləri- Rəhimli Davud gümüş medalla Sadıqlı Ümid isə bürünc medalla mükafatlandırılmışdır.