Noyabrın 25-də məktəbimizdə 96 nömrəli tam orta məktəbə adı verilmiş şəhid məzunumuz İlqar Əliyevin anım günü qeyd olunmuşdur.Anım günündə şəhid İlqar Əliyevin qəhrəmanlığı haqqında danışıldı və məktəbimizin şagirdləri şəhidlərimizə aid şeirlər dedilər.Bundan əlavə uşaq birliyinin rəhbəri Sadıqova Kəmalə 4-cü sinif şagirdləri ilə görüşdü və şagirdlər uşaq birliyinə üzv olmaq üçün vədi söyləyərək birliyə üzv oldular.