"Təhsil " və "Karyera" sərgisində

Oktyabrın 7-sində məktəbimizin müəllim və şagird kollektivinin nümayəndələri Azərbaycan Beynəlxalq "Təhsil" və "Karyera " sərgilərində iştirak etdilər."Təhsil" sərgisində ölkəmizdə və xaricdəki təhsil müəssiələrinin təhsil alanlarla əməkdaşlıq imkanları ilə tanış olduq.Sərgidə Bakı Biznes Universiteti ,İstanbul Aydın Universiteti,Vilnus Universiteti,XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi,"BSB"tam orta innovasiyalar məktəbi,Sabis Sun Beynəlxalq məktəbi və br sıra təhsil ocaqları ilə tanış olduq.Sürətlə inkişaf edən dövrümüzdə yüksək bilik və bacarıqlara yiyələnmək əsas faktordur.Bu baxımdan təskil olunan "Təhsil " sərgisindən yararlanacağımıza ümid edirik. "Karyera" sərgisində mövcud şirkətlər haqqında ətraflı məlumat aldıq.Bundan əlavə qeyri -iştirakçı bəzi informasiya agentlikləri ,jurnallar,saytlar,təhsil portalları ilə də tanış olduq."Karyera" sərgisində Azərbaycanda və Xəzəryanı regionda beynəlxalq sərgi və konfransların təşkilatçısı,İTECA Caspian şirkətinin tərəfdaşı olan "Caspian Event Organisers" şirkəti ilə,qida istehsalı , pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkəti olan Azersun Holding ilə,bir neçə əsas bisnes sahəsi üzrə fəaliyyət göstərən "Gilan Holdinq" və digər şirkətlərlə tanış olduq. Azərbaycan Beynəlxalq "Təhsil" və "Karyera " sərgiləri təhsilimizdə strateji hədəflərin yaxınlaşmasına ,ölkələr arası təcrübə mübadiləsinin və əməkdaşlığın genişlənməsinə imkanlar yaradacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi