İnsan hüquqlarının müdafiəsi. İnsan alverinə qarşı mübarizə

17.12.2021-ci il tarixində məktəbimizin akt zalında tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, coğrafiya müəllimi Şəlalə Səmədova və psixoloq Sevinc Abdullayevanın təqdimatında “İnsan hüquqlarının müdafiəsi. İnsan alverinə qarşı mübarizə” adlı geniş tədbir keçirilib. Tədbirdə şagirdlərə insanların hansı hüquq və azadlıqlara sahib olması, pozulmuş vətəndaş hüquqlarının qanunla necə tənzimlənməsi, bu hüquqların əsasında dayanan başlıca dəyərlərdən geniş söz açılıb. İnsan hüquq və azadlıqlarının genişlik dairəsinə tarixi çərçivədə nəzər salınıb. İnsan alveri və onun qurbanına çevrilənlər, bu bəlanın qurbanlarının hara və kimə müraciət etməli olması, təhsilsiz insanların bu uçuruma düşmə riskini digərlərinə nisbətən daha çox daşıması kimi aktual məsələlər müzakirə edilib. Şagirdlərə tövsiyələr verilib, sonda kitabxana müdiri Ofeliya İsmayılova tərəfindən onlara məlumat kitabçaları paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi