Etibar poçtu
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163853164761aa023f96ba02.79209705.jpg)
Məktəbimizin psixoloqu Sevinc Abdullayevanın təşəbbüsü ilə dəhlizlərin birində şagirdlər üçün əlçatan bir guşədə “Etibar poçtu” adlı poçt qutusu asılıb. Sevinc Abdullayeva qutunu şagirdlərə təqdim edərək onları narahat edən, üz-üzə bölüşə bilmədikləri problemlər barədə bir məktubda yazaraq bu qutuya ata biləcəklərini söyləyib. Bu təşəbbüs şagirdlərin marağına səbəb olub. Yeni asılmağına baxmayaraq qutumuzda bir xeyli məktub toplanıb. Məktublar psixoloq tərəfindən araşdırılıb, problemi olan şagirdlərlə fərdi görüşlər təşkil edilib. Bütün hallarda onların kimliyinin və problemlərinin məzmununun konfedensiallığı gözlənilir.