1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.

01.12.2021-ci il tarixində məktəbimizdə bu mövzuya həsr edilmiş maarifləndirici tədbir keçirilib. IX, X və XI sinif şagirdləri üçün təşkil edilmiş bu görüşdə məktəbin biologiya müəllimi Aynur Sadıqova, psixoloq Sevinc Abdullayeva təqdimatlarla çıxış ediblər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova şagirdlərə sosial şəbəkələrdə, tanımadıqları insanlarla ünsiyyətdə və cəmiyyətdə ayıq olmağı, öz sağlamlıqlarını qorumağı tövsiyə edib. Sonda məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərin suallarına cavab verib, onları narahat edən nüanslara müəllimlərlə birgə aydınlıq gətirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi