Açıq dərslərimiz davam edir

27.11.2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində növbəti açıq dərslərimiz təqdim edildi. Müəllim Aygün Qəhrəmanovanın ədəbiyyat fənnindən “Nəsimi yaradıcılığı” mövzusuna həsr etdiyi dərsi 8 “A” sinfində, Vüsalə Allahverdiyevanın Azərbaycan dili fənnindən “Əfsanəvi dəniz səyyahı” mövzusunda tədris etdiyi dərsi isə 6 “B” sinfində dinlənildi. Dərsdinləmələrdə məktəbin direktoru, müavinləri, psixoloqu və fənn müəllimləri iştirak edirdilər. Fəal dərsin tələblərini ödəyən bu dərs nümunələri dinləyənləri qane etdi. Dərslər bitdikdən sonra təşkil edilmiş müzakirədə dərslərin müsbət və mənfi tərəfləri analiz edildi. Təkmilləşməyə ehtiyacı olan sahələrdə müəllimlərə tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi