Məktəbin uğuru
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163820363661a500f4daa654.64547029.jpg)
Təranə Möhsünova Eyublu-İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi III Qrant müsabiqəsini "Disleksiya-Öyrənmə Çətinliyi" mövzusunda fərdi kateqoriya üzrə üzrə qalibi, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əlil insanların ailələrinin maarifləndirilməsi" mövzusunda Şəmkir, Bakı, Sumqayıt, Kürdəmir rayonlarında təşkil etdiyi təlimlərin təlimçisi, 2020-ci ildə Türkiyənin İstanbul şəhərində İstanbul Esenyurt Universitetində "Disleksiya" mövzusunda uğurlu çıxışı ilə yadda qalan təhsil işçisi Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Təltifetmə tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən Mehriban xanım Vəliyeva müəllimləri təbrik edib, bu diqqəti dövlətin təhsilə olan qayğısının bariz nümunəsi kimi qiymətləndirib və bu cür təltiflərin müəllimlərimizi öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edəcəyindən əmin olduğunu vurğulayıb.
Məktəbimizin direktoru Mehriban Hacıyeva Təranə müəllimi bu uğur münasibəti ilə kollektiv adından təbrik edib və ona daha böyük peşə nailiyyətləri arzu edib.