Məktəbdaxili qiymətləndirmə və qiymətləndirmə vəsaitlərinin hazırlanması
26.11.2021-ci il tarixində 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti üçün məktəbin direktoru Mehriban Hacıyeva tərəfindən “Məktəbdaxili qiymətləndirmə və qiymətləndirmə vəsaitlərinin hazırlanması” adlı seminar keçirilib. Teams platforması üzərindən təşkil edilən bu seminarda müəllimlərə məktəbdaxili qiymətləndirmənin növləri, təşkili və keçirilməsi, diaqnostik, formativ qiymətləndirmənin metodları, üsul və vasitələri, nəticələrin ümumiləşdirilməsi, şagird portfolyosunda qiymətləndirmə nəticələrinin hansı şəkildə saxlanılması, yarımilin sonunda formativ qiymətləndirmələrin şagird haqqında yekun rəydə necə əks olunacağı, KSQ və BSQ-lərin hazırlanmasında sualların səviyyələr üzrə tərtibatı, açıq sualların qapalı suallardan fərqi, sual sayının çətinlik dərəcəsi ilə hansı say nisbətində uzlaşdırılacağı və s. mühim nüanslar barədə detallı məlumat verilib. Müəllimlər üçün çətinlik yaradan məqamlara aydınlıq gətirilib. Onların suallarına məktəb rəhbərliyi və təcrübəli müəllimlər tərəfindən ətraflı izah verilib. Onların istəyi ilə növbəti seminarın “Fəal dərsin təşkili” mövzusunda təqdim edilməsi planlaşdırılıb.