Məktəbimizin adını qürurla daşıdığı İlqar Əliyevin xatirəsi anıldı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163795016161a122d1c8bf87.56658108.jpg)
İlqar Əliyev 25 noyabr 1967- ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinin 8 ilini 96 nömrəli məktəbdə alıb. Onun döyüş yolu 1989-1992-ci illəri əhatə edib. 06.06.1992-ci ildə Goranboy rayonunun Buzlaq kəndinin müdafiəsi zamanı həlak olub. 1993-cü ilin 2 aprelində Nazirlər Kabinetinin 168 nömrəli qərarına əsasən 96 nömrəli məktəbə onun adı verilib.
25.11.2021-ci il tarixində məktəbimizin 4-cülərinin iştirakı ilə İlqar Əliyevin doğum günü qeyd edilib. Tarix müəllimləri şəhidimizin döyüş yolu haqqında şagirdlərimizə ətraflı məlumat verib. Balaca fidanlarımız vətən və vətənpərvərlik ruhunda şeirlər, mahnilar ifa ediblər. Şəhidlərimizin müqaddəs xatirəsini ehtiramla yad ediblər.