9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16373433256197e05dc45d96.14304296.jpg)
19.11.2021-ci il tarixində məktəbimizdə 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Məktəb rəhbərliyinin və 9-cu siniflərdə dərs deyən müəllimlərin iştirakı ilə təşkil edilmiş bu görüşdə şagirdlərin davamiyyəti, buraxılış imtahanına hazırlıq səviyyəsi, təyin edilmiş əlavə məşğələlərdə iştirakının yüksək səviyyədə təmin edilməsi , valideynlərin məktəblə əməkdaşlığı kimi məsələlər müzakirə edilib. Risk qrupuna daxil olan uşaqların problemləri təhlil edilib. Valideynlərin rəy və təklifləri dinlənilib.