"Bilik günü" qeyd olundu

Sentyabr ayının 15-də məktəbimizdə "Bilik günü" qeyd olundu. Tədbir "Azərbaycan Himni"nin səslənməsi ilə başlandı. Məktəbimizin direktoru Əminə Hüseynova müəllimləri, şagirdləri və valideyinləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, keçən il əldə olunan olunan uğurlarımız barədə geniş məlumat verdi. Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramidə Quliyeva hamını "Bilik günü" münasibətilə təbrik etdi və yeni-yeni nailiyyətlər arzuladı. Müəllimlərdən Gülayə Rzayeva, Xatirə Şükürova, Şeyda Hüseynova çıxış etdilər. Birincilər şeirlər söylədilər, onların valideyinləri sevinclərini bölüşdülər. Nəhayət ilk zəng çalındı. Şagirdlər və müəllimlər sinif otaqlarına yollandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi