Salam, doğma məktəb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/147340965857d2727ae842f6.83655365.jpg)
Məktəbimiz 2016-2017-ci tədris ilinə tam hazırdır. Sinif otaqları, idman zalı, yeməkxana, kitabxana, dəhlizlər öz səliqə-səhmanı ilə göz oxşayır. Dərsliklər şagirdlərə çatdırılıb. Onların yeni dərs ilində təlim-tərbiyəsinin yüksək səviyyədə olması üçün hər cür şərait yaradılmışdır. Məktəbin pedoqoji kollektivinin yüksək təşkilatçılıq işlərinin nəticəsidir ki, 2015-2016-cı tədris ilində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında uğurlar əldə olunub. Belə ki, IX sinfi bitirən və imtahanda iştirak edən 61 şagirdin müvəffəqiyyət faizi "Ana dili" fənnindən 84%, "Riyaziyyat" fənnindən 89% olmuşdur. XI sinfi 51 şagird bitirmişdir. Onların müvəffəqiyyət faizi "Ana dili" fənnindən 92%, "Riyaziyyat" fənnindən 94%, "İngilis dili" fənnindən 88% olmuşdur. Abituriyent olan 40 məzundan 24 nəfəri ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Bu da ümumi sənəd verənlərin 60%-ni təşkil edir. Məzunlarımızın 2 nəfəri 600-700, 6 nəfəri isə 500-600 arası bal toplamışdır. Əminik ki, yeni dərs ilində nailiyyətlərimiz daha çox olacaq. Şagird və müəllim kollektivimizə uğurlar arzulayırıq.Yeni dərs iliniz mübarək!