Qarabağı biz quracağıq!

03.11.2021-ci il tarixində məktəbimizdə Zəfər gününə həsr olunmuş “Qarabağı biz quracağıq” adlı möhtəşəm bir tədbir keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailələrinin üzvləri, qazilər, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdən öncə qonaqlar məktəbin dəhlizində sərgilənən şagirdlərin hazırladıqları Zəfər gününə həsr edilmiş əl işləri və çəkdikləri rəsm əsərləri ilə tanış olublar. Bu böyük tarixi qələbəni əks etdirən stendlərə, maketlərə baxıblar. Şagirdlərin sərgi haqqında təqdimatlarını dinləyiblər. Daha sonra hər kəs akt zalına toplaşıb. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb və məktəbin təşkilatçılığı ilə hazırlanmış “Qarabağı biz quracağıq “ adlı qısametrajlı filmin təqdimatı ilə davam edib. Film qonaqlar tərəfindən alqış sədaları ilə qarşılanıb. Şagidlərin ifasında musiqi, rəqs nömrələri izlənilib. Qonaqlara söz verilib. Hər kəsdən daha çox söz haqqına sahib qazilər çıxış ediblər. Şagirdləri və müəllimləri bu möhtəşəm qələbə münasibəti ilə təbrik ediblər. Vətən, Qarabağ, qələbə motivli şeirlər ifa olunub. Tədbiri yekun sözü və yekun təbriklə məktəbin direktoru Mehriban Hacıyeva sonlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi