Silsilə valideyn iclasları

2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbimizin l-XI siniflərində silsilə valideyn iclasları keçirilib. Mövcud şərait nəzərə alınaraq iclaslar Teams platforması üzərindən təşkil edilib. İclasda sinif rəhbərləri ilə yanaşı digər fənn müəllimləri və məktəb rəhbərliyi də iştirak ediblər. Gündəlikdə dayanan məsələlər sırasında şagirdlərin əyani tədrisdə üzləşə biləcəyi çətinliklər, karantin qaydaları, geyim formaları, məktəb və müəllimlərlə sağlam əməkdaşlıq, şagirdlərin asudə vaxtlarının planlaşdırılması və s. vacib mövzular müzakirə edilib. Sonda valideynlərin rəhbərliyə və müəllimlərə ünvanladıqları suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi