Məktəblilərin muzey həftəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/14639980655742d671d4da47.32737950.jpg)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblilər üçün təşkil etdiyi muzey həftəsi başa çatdı. Məktəbimiz bu həftənin fəal iştirakçısı oldu. Şagirdlərimiz "Milli İncəsənət Muzeyi"ndə, "Heydər Əliyev Mərkəzi"ndə, "Xalça Muzeyi"ndə, "Müasir İncəsənət Muzeyi"ndə ekskursiyada oldular. Onlar eksponatları çox böyük maraqla izləyirdilər. Bələdçilər muzey eksponatları haqqında şagirdlərə geniş məlumat verir, onların suallarını həvəslə cavablandırırdılar. Şagirdlər təqdimat hazırlayaraq öz təəssüratlarını orada əks etdirdilər. Nazirliyin bu təşəbbüsündən valideyinlər də çox razı qaldılar.