Abdulla Şaiq 139 il
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15815729475e44e353a69227.56114702.jpg)
12 fevral 2020-ci il tarixində məktəbin kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müəllim, şair, dramaturq və tərcüməçi Abdulla Şaiq Talıbzadənin anadan olmasının 139-cu ildönümü münasibətilə anım gecəsi keçirildi.
Kitabxananın müdiri Ofeliya İsmayılova Abdulla Şaiqin həyat və yaradıcılığı, nəsillərdən-nəsillərə ötürülən ədəbi irsinin ölməzliyi haqqında danışdı. Onun Azərbaycan ədəbiyyatına xidmət edən bütöv bir nəslin müəllimi olduğu diqqətə çatdırıldı. “Mən bədii yaradıcılığımdan çox müəllimliyimlə fəxr edirəm” - deyən Abdulla Şaiqin uşaqlara məhəbbəti yaradıcılığının nüvəsini, təkanverici qüvvəsini təşkil etmişdir.
Sonda məktəbin rus dili müəllimi Leyla İravanlının 6a sinif şagirdləri ilə hazırladığı Abdulla Şaiqin əsərlərindən nümunələr ifa olundu.