Açıq dərslər
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/146174424957207279ecd833.52930765.jpg)
Aprelin 20-də məktəbimizin riyaziyyat-informatika müəllimi Şəfiqə Salmanovanın "Dairə. Sektor. Seqment." mövzusunda açıq dərsi oldu. Dərsdə müasir təlimin üsul və vasitələrindən bacarıqla istifadə olundu. Dərs prosesində fənlərarası inteqrasiyaya mühüm yer verildi. Şagirdlər fəal idilər. Yeni mövzunu yaxşı başa düşmüşdülər. Verilən tapşırıqları sərbəst yerinə yetirdilər. Müəllim şagirdlərin dünya görüşünün, intellektual səviyyələrinin inkişaf etdirilməsi üçün dərsin imkanlarından bacarıqla istifadə etdi. Aşıq dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər. Dərsdən sonra müzakirələr aparıldı.