" Füzuli şəhəri işğaldan azad olundu! "

    29.12.2020-ci il tarixində məktəbin rus dili müəllimi Şəhla Nəsirova və 7 “ C “ sinif şagirdlərinin iştirakı ilə  "Карабах- это Азербайджан!" başlığı altında Füzuli şəhərinin işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, rus dili fənni üzrə metod birləşmə sədri Xalidə Əkbərova, rus dili muəllimləri iştirak etdilər. Tədbir Ümummilli Lider Heydər Əliyevin söylədiyi " Azərbaycan " şeiri ilə açıldı. Şagirdlər Azərbaycanın qədim yaşayış məskəni olduğunu sübut edən, Füzuli rayonunun ərazisində yerləşən Azıx mağarası haqqında, Füzuli rayonunun qədim abidələri haqqında, tarixi haqqında məlumat verdilər. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər, şanlı ordumuzun 44 gün ərzində  Qızıl qələmlə yazdığı Ən Yeni Tariximizə virtual səyahət  etdilər. Tədbirdə Ali Baş Komandanımızın Füzuli şəhərinə səfəri, burada Üçrəngli bayrağımızı ucaltması kadrları da öz əksini tapdı. Qarabağımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz böyük hüzn və hörmətlə yad edildi. Tədbirin sonunda “ Zəfər “ paradından kadrlar nümayiş olundu. Prezidentimizin " Füzuli şəhəri işğaldan azad olundu! " şüarı ilə tədbir sona çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi