HAQQIMIZDA

     Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəb 1977-ci ildə tikilmiş və istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulmuş, 3 mərtəbəli, 40 dərs otağı, idman zalı, akt zalı və yeməkxanası olan tipik bir məktəb binası idi. 2006-cı ildə 3 mərtəbəli, 35 sinif otaqlı yeni bina tikilərək istifadəyə verilmişdir. Məktəb hazırda 5 gün 2 növbəli rejimdə işləyir. Məktəbdə 33 ibtidai sinif, 49 əsas və orta təhsil sinfi, həmçinin 7 məktəbəhazırlıq qrupu var. Məktəbdə 2467 şagird təhsil alır, onlardan 29 nəfəri evdə təhsilə cəlb olunmuş şagirdlərdir. Məktəb şəhid Ayaz Məhərrəmovun adını daşıyır. Məktəbin direktoru vəzifəsini icra edən Pərvanə Teyyub qızı Abbasovadır. Məktəbdə 12 metodbirləşmə və MB sədri, Rus dili intensiv, "Rəqəmsal bacarıqlar" və "STEAM" layihəsi, “Asan” xidmət və Təhsil Naziliyinin birgə layihəsi olan “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir. Hər iki binada kompüter otaqları vardır. Məktəb 2009-2010-cu illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Şagirdlər öz nailliyyəti ilə bizi sevindirir. Beləki, X və XI rus dili və ədəbiyyatı olimpiadasında iki şagird qalib olaraq I yerə layiq görülmüşdür. Məktəbin pedaqoji heyəti arasında 2 dəfə “İlin müəllimi” fəxri adına layiq görülən müəllim var. Orta hesabla hər il məzunların 70-75%-i ali məktəblərə qəbul olunur. Şagirdlərin idman sahəsində də uğurları vardır. Məktəb kollektivi və şagirdlər bu nailiyyətlərlə kifayətlənmir, daim yeni-yeni uğurlara imza atırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi