SASMO AZERBAIJAN, Singapore & Asian Schools Math Olympiad (SASMO) Azərbaycan mərkəzi SIMCC (Singapore International Mastery Contests Center) Azərbaycanda rəsmi tərafdaşıdır.
Singapore & Asian Schools Math Olympiad (SASMO) beynəlxalq turniri 2006-cı ildə Sinqapurda qurulmuş bir riyaziyyat olimpiadasıdır. Turnirin məqsədi təkcə riyazi cəhətdən istedadlı məktəbliləri müəyyənləşdirmək deyil, həm də daha geniş tələbə kütlələrini bu elmə maraqlandırmaqdır. Turnir fərdi yarışdır və iki turdan ibarətdir: birinci mərhələ seçmə mərhələdir və adətən yazda iştirakçının yaşadığı ölkədə, ikinci tur isə Sinqapurda keçirilən final mərhələsidir. Turnirdə dünyanın 20-dən çox ölkəsindən məktəblilər iştirak edir. Məktəbin VII sinif şagirdi Nurlan Nəsirov yarışmada iştirak edərək III yerə layiq görülüb.