FƏXRİMİZ

Ayaz Tağı oğlu Məhərrəmov 13 sentyabr 1975-ci ildə Zəngibasar mahalının aşağı Neçili kəndində anadan olmuşdur. 1982-ci ildə Masis rayon aşağı Neçili kənd orta məktəbin 1-ci sinfə getmişdir. 1988-ci ildə öz yurd-yuvasından didərgin düşən Məhərrəmovlar ailəsi Bakı şəhəri Xətai rayonu ərazisində məskunlaşmışlar. Ayaz təhsilini Xətai rayonu 95 nömrəli məktəbdə davam etdirmişdir. 8-ci sinfi bitirdikdən sonra o, Nərimanov rayon Texniki peşə məktəbində zərgər ixtisası üzrə təhsilini davam etdirmişdir. Peşə məktəbini 1993-cü ildə bitirən Ayaz Məhərrəmovun erməni faşizminə etdiyi nifrət onu ön cəbhəyə getməyə sövq etdi. 3 ay pirəkeşküldə hərbi təlim keçdikdən sonra 1994-cü il yanvarın 5-də ön cəbhəyə gedərək Füzuli rayonunda N saylı hərbi hissədə xidmətə başlamışdır. 04 may 1994-cü il tarixində Füzuli rayon aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə yaralanmış, lakin buna baxmayaraq döyüşü davam etdirmişdir. Növbəti gün kəşfiyyatda olarkən şəhid olmuşdur. 1995-ci ildən 95 nömrəli tam orta məktəb şəhidin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi