"Canlıların yaşaması üçün nə lazımdır"

25.04.2025-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Sədaqət İsmayılova 1”C “ sinifində həyat bilgisi fənnindən "Canlıların yaşaması üçün nə lazımdır" mövzusu üzrə nümunəvi dərs keçdi.
Dərs zamanı müəllim canlılar və canlıların yaşam şəraiti haqqında şagirdlərə əyani və video-çark şəklində geniş məlumatlar verdi.
Canlı orqanizmlərin yaşaması üçün üç əsas şey lazımdır: qida, su və hava. Bütün canlı orqanizmlər enerji və böyümə üçün qidaya ehtiyac duyurlar. Qida zülallar, karbohidratlar, yağlar, vitaminlər, minerallar və digər birləşmələr kimi vacib qidaları təmin edir. Su nəmləndirməni təmin etmək üçün vacibdir və bədəndə baş verən kimyəvi reaksiyalar üçün vasitəçi rolunu oynayır. Bundan əlavə, heyvanlar nəfəs almaq üçün lazım olduğu üçün yaşamaq üçün havadan oksigenə ehtiyac duyurlar. Bu üç əsas tələb olmadan heç bir orqanizm tək başına həyatı təmin edə bilməz.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, müəllimlərdən Nərmin Məmmədova, Sevinc Nağıyeva, Gülnarə Səmədova, Dinar Salmanova və Aysel Alıcanova iştirak etdilər.