IX sinfi bitirən məzunlara attestatlar verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX sinfi bitirən məzunlara attestatlar verilir.
Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.