"Son zəng" tədbiri keçirildi

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
“Son zəng” tədbirində məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, UBTR, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil olunub.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 33 517 şagird başa vurub.