"Ədəbiyyatın Sehrli Dünyası" adlı tədbir

1 may 2025-ci il tarixində məktəbin 4-cü sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyatın Sehrli Dünyası" adlı tədbir keçirildi. Tədbirin əsas mövzusu Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri oldu. Şagirdlər Nizami Gəncəvinin “Yeddi Gözəl” və “İsgəndərnamə” əsərlərindən, eləcə də Səməd Vurğunun “Vaqif” dramından səhnəciklər təqdim etdilər. Onların ifasında həm bədii dəyər, həm də səhnə mədəniyyəti öz əksini tapdı.
Tədbirdə məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə üzrə direktor müavini Aynurə Ağayeva, müəllimlər iştirak etdilər. Onlar çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar, şagirdlərin hazırlığını yüksək qiymətləndirdilər və müəllim Zümrüd Hüseynovaya təşəkkürlərini bildirdilər.
Belə tədbirlər şagirdlərimizin yaradıcılığını və ədəbiyyata marağını artırmaqla yanaşı, onların vətənpərvərlik və mədəni dəyərlərə bağlılıq hisslərini də gücləndirir.