“ Kəlbəcərə qayıdış ” adlı onlayn tədbir keçirildi

    27.12.2020-ci il tarixində məktəbin Rus dili müəllimlərindən olan Afaq Bayramovanın təşkilatçılığı ilə “ Kəlbəcərə qayıdış ” adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktor müavini Vüsalə Məmmədova, Rus dili fənni üzrə metod birləşmə sədri Xalidə Əkbərova, VIII sinif şagirdləri iştirak etmişlər. Tədbir Ümummilli Lider, Dahi Öndər Heydər Əliyevin Kəlbəcər haqqında söylədiyi tarixi sözləri ilə başladı. Kəlbəcərin gözəl təbiətini əks etdirən virtual səyahət hamının diqqətini cəlb etdi. Şagirdlər “ Kəlbəcər ” sözünün etimologiyası, bu gözəl rayonun tarixi, inzibati mövqeyi, orada yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verdilər. Kəlbəcər rayonunun erməni işğalçılarının vandalizminə məruz qalması haqqında ürəkağrısı ilə danışdılar. Səməd Vurğunun “ Azərbaycan ” şeirinin rus dilinə tərcümə olunmuş variantını əzbər söyləyən şagirdlərin danışıq və diksiyasına iştirakçılar “ afərin ” dedilər.

    Tədbirin sonunda Afaq Bayramova Ali Baş Komandan, xalqımıza bu tarixi qələbəni yaşadan İlham Əliyevə, 44 günlük savaşda adını qalib ordu kimi dünyaya tanıdan müzəffər ordumuza bütün azərbaycanlılar adından bir daha minnətdarlığını bildirdi. “ Kəlbəcərə qayıdış ” onlayn tədbiri İlham Əliyevin dillər əzbəri olan “ Qarabağ Azərbaycandır! ” sözləri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi