" Xarıbülbülün ətrini duymağa gəlirik "

      25.12.2020 tarixində məktəbin 1 " F " sinfində  " Xarıbülbülün ətrini duymağa gəlirik " mövzusunda təşkilat saatı keçirilib. Sinif rəhbəri Nərmin Məmmədova şagirdləri ilə qədim Qarabağın gözəlliyi haqqında, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı düşməndən azad edərkən göstərdiyi şücaəti haqqında söhbət aparıb.  Qarabağa,  Qələbə paradına aid video - çarxlar nümayiş olunub, şəhidlərimiz yad edilib.  Şagirdlər Vətən haqqında şeirlər səsləndiriblər, çəkdikləri rəsmləri  nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi