Məktəbdə sağlam emosional mühitin formalaşdırılması
Məktəbimizdə V – XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminarlar təşkil edildi. Məktəbin psixoloqu Lalə Bayramova və uşaq birliyi rəhbəri Aysel Əlişovanın təşkilatçılığı ilə keçirilən seminarlar “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması” mövzusuna həsr olundu. Tədbirlərin keçirilməsi şagirdlər arasında sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, onların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması, münasibətlərin düzgün tənzimlənməsi, müsbət davranış modelinin formalaşdırılması məqsədi daşıyırdı. Seminar çərçivəsində şagirdlərə bullinq, bullinqin formları, bullinqə məruz qaldıqda necə hərəkət etməli olduqları barəsində geniş məlumat verildi, qarşılıqlı müzakirələr aparıldı. Mövzularla bağlı videoçarxlar nümayiş etdirildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.