Zərərli vərdişlərin, erkən nikahların ağır fəsadları

26.11.2019-cu il tarixdə məktəbimizdə “Alkoqollu içkilərə, psixotrop maddələrə aludəçiliyin, erkən nikahların ağır fəsadları” mövzusunda seminar keçirildi. Tədbirdə məktəbin psixoloqu Lalə Bayramova və biologiya müəllimi Rövşanə Həsənəliyeva çıxış etdi. Çıxışlarda adı çəkilən problemlərlə bağlı ölkəmizdə silsilə tədbirlərin həyata keçirilməsi, maarifləndirmə işlərinin aparılması xüsusi vurğulandı. Bu sahədə görülən səmərəli işlərdən danışıldı. Tədbirdə şagirdlər də geniş məruzələrlə çıxış edərək zərərli vərdişlərin insan sağlamlığına vurduğu ağır fəsdlardan, erkən nikahların yeniyetmələrin gələcək həyatlarına ciddi mənfi təsirlərindən bəhs etdilər. Maraqlı diskussiya şəraitində keçən tədbirdə mövzu ilə bağlı maarifləndirici videoçarxların nümayişi şagirdlər üçün çox böyük əhəmiyyət kəsb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi