Maarifləndirici materialların hazırlanması
22.11.2019-cu il tarixdə məktəbimizdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyətini əks etdirən maarifləndirici materiallar hazırlandı. Materialların hazırlanmasına məktəbimizin texnologiya müəllimi Sevda Abdullayeva rəhbərlik etdi. Şagirdlər yüksək fəallıq göstərərək ətraf mühitə mənfi təsir edən plastik tullantılardan müxtəlif əşyalar hazırlayıb nümayiş etdirdilər. Maarifləndirici materialların hazırlanması ətraf mühitin mühafizəsinə töhfə vermək baxımından böyük əhəmiyyət kəsb etdi.