İxtisasartırma təlimləri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tapşırığına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbimizdə noyabr ayı çərçivəsində müxtəlif proqramlar üzrə təlimlər təşkil edildi. “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması” proqramı üzrə keçirilən təlimdə Xəzər rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları və Uşaq Birliyi Təşkilatının rəhbərləri iştirak etdilər. 30 akademik saatlıq təlim 5 gün müddətində davam etdi. İxtisasartırma təlimlərindən biri də rayonun ümumi orta və tam orta təhsil səviyyəsində çalışan riyaziyyat müəllimləri üçün riyazi tapşırıqların hazırlanması metodikası üzrə aparıldı. 6 gün davam edən təlim riyaziyyatın həyati situasiyalarla öyrədilməsini təmin etmək, şagirdlərdə məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək məqsədi daşıyırdı. İbtidai sinif müəllimləri üçün təşkil edilən təlim isə “Uşaq psixologiyası” mövzusuna həsr edildi. 24 akademik saatı əhatə edərək 4 gün davam etdi. İxtisasartırma təlimləri başa çatdıqdan sonra yekun qiymətləndirmənin keçiriləcəyi və müdavimlərə dövlət nümunəli sertifikatların veriləcəyi bildirildi.