Mənəvi və fiziki sağlamlıq

21.11.2019-cu il tarixdə məktəbimizdə “Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu” mövzusunda seminar keçirildi. Seminarda çıxış edənlər şagirdlərə vətənpərvərlik tərbiyəsi ilə bağlı ətraflı məruzə etdilər. Çıxışlarda qeyd edildi ki, vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilənlər və qüdrətli ölkəyə çevirənlər dövlətin əbədi olaraq ən ali vətəndaşlarıdırlar. Seminarda çıxış edənlər vətəndaşlıq mövqeyinin formalaşmasında insanın fiziki cəhətdən sağlamlığının vacib olduğunu xüsusi vurğuladılar. Mənəvi və fiziki sağlamlıq barəsində geniş müzakirə apardılar. Məruzə və çıxışlarla yanaşı, mövzunun aktuallığını əks etdirən videoçarxların nümayişi də böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi