Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər
04.11.2019-cu il tarixdə məktəbimizdə “Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər” mövzusunda tədbir keçirildi. Tədbirdə məruzələrlə çıxış edən şagirdlər sağlam həyat tərzi ilə bağlı öz fikirlərini bölüşdülər. Düzgün qidalanmaya, gigiyenaya, yuxu rejiminə əməl etməyin sağlamlığı şərtləndirən ən mühüm amillərdən olduğunu xüsusilə qeyd etdilər. Tədbirdə məruzələrlə yanaşı, mövzunun əhəmiyyətini əks etdirən videoçarxların nümayişinə də geniş yer verildi.