Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi və mahiyyəti

29.10.2019-cu il tarixdə məktəbimizdə “Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri” mövzusunda seminar keçirildi. Seminarda məktəbimizin tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Çıxışlarda qeyd edildi ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Seminarda geniş çıxışlarla yanaşı, xalqımızın azadlıq və istiqlaliyyət naminə mübarizəsini, milli dövlətçilik ənənələrini əks etdirən videoçarxlar nümayiş olundu.