Xalqımızın qəhrəmanlıq tarixi

25.10.2019-cu il tarixdə məktəbimizdə “Xalqımızın qəhrəmanlıq tarixi” adlı tədbir keçirildi. Tədbirin təşkilatçıları olan VIII a sinif şagirdləri məruzələrlə çıxış etdilər. Çıxışlarda müstəqil Azərbaycanın qəhrəmanlıq tarixi bir daha vərəqləndi. Keçmişimizdən üzü bəri gələn igid vətən övladlarının şücaətindən bəhs olundu. Qəhrəmanlıq tariximizi yazan və yaşadan tarixi şəxsiyyətlərə həsr olunan videoçarxlar nümayiş edildi. Tədbir şagirdlərdə vətənpərvərlik hislərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.