Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə

Məktəbimizdə “ Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə ” mövzusunda dəyirmi masa təşkil olundu. Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli Qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi şərəfli döyüş yolları, göstərdikləri müstəsna xidmətlərinin təbliğ edilməsi baxmından bu kimi tədbirlərin əhəmiyyəti xüsusi vurğulandı. Şagirdlər vətənimizin keşiyində duran, canını vətən yolunda qurban verən qəhrəman oğul və qızlarımız haqqında hazırladıqları məruzələrlə çıxış etdilər. Nümayiş etdirilən videoçarxlarda qəhrəmanların keçdiyi şərəfli həyat yolu ilə yaxından tanış oldular.