Milli Müstəqillik Günü

15.10.2019-cu il tarixdə məktəbin akt zalında 18 Oktyabr Milli Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə xalqımızın milli istiqlal tarixi haqqında ətraflı çıxışlar edildi. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf dövrünün başlandığı qeyd edildi. Ulu Öndər H.Ə.Əliyevin ölkəmizə rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdiyi, dönməz və əbədi etdiyi xüsusi vurğulandı. Tədbirdə geniş məruzə və çıxışlarla yanaşı, şagirdlərin ifasında vətənimizə həsr edilmiş şeirlər və mahnılar ifa edildi. Şanlı mübarizə tariximizi əks etdirən videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi