Birinci sinif şagirdləri ilə psixoloji iş

2019–2020-ci tədris ilinin ilk günlərində məktəbin psixoloqu Lalə Bayramova I siniflərdə psixodiaqnostika işi apardı. Şagirdlərin ətraf aləm haqqında təsəvvürləri, sosial bilgiləri, idrak proseslərinin inkişaf xüsusiyyətləri, tapşırığı dinləmə və icra etmə bacarığı, məntiqi əməliyyatları yerinə yetirmə səviyyəsi, intellektual və sensomotor qabiliyyətləri yoxlanıldı. Eyni zamanda, sinif rəhbərləri ilə birlikdə şagirdlərin psixo-pedaqoji diaqnostikası işlənilərək hər bir şagird haqqında fərdi-psixoloji xəritələrin tərtib olunmasına başlanıldı. Psixoloq L.Bayramova şagirdlərin təlim-tədris proqramına marağını artırmaq məqsədilə gələcəkdə də müxtəlif metodikalardan mütəmadi istifadə edəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi