Bilik Günü

16.09.2019-cu il tarixdə məktəbimizdə Bilik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Həsənov çıxış edərək bütün müəllimləri, valideynləri və şagirdləri Bilik Günü münasibətilə təbrik etdi. Tədbirdə Bilik Gününün tarixi, ölkə prezidenti İlham Əliyev cənablarının və vitse-prezident, birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısı haqqında geniş məlumat verildi. Daha sonra məktəbin keçən ilki məzunları, eləcə də valideynlər çıxış edərək öz təbriklərini çatdırdılar. Məktəbə ilk dəfə qədəm qoyan birincilərin ifasında səslənən şeirlər isə tədbirə xüsusi rəng qatdı. Tədbirin sonunda dərs ilinin başlanmasını bildirən ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi