4-cü BEYNƏLXALQ TƏHSİL KONFRANSI
İyunun 19-20-də ADA Universitetində "İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər" şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı keçirilmişdir. Konfransda Bakı şəhəri 92 №-li tam orta məktəbin direktoru Azər Həsənov iştirak etmiş və " Təhsil sistemində liderlik " mövzusunda panel müzakirədə tezislə çıxış etmişdir.