Uşaqlar bizim gələcəyimizdir !

31 may 2019-cu il tarixdə məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, tarix boyu hər bir dövlət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən hesab edir. Azərbaycan dövlətinin də bu məsələyə qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın uşaqlarının xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu bildirən məruzəçilərin çıxışlarından sonra bu haqda videoçarxlar nümayiş olundu. Tədbir bədii hissə ilə davam etdi. Şagirdlər bayram əhval-ruhiyyəli şeirlər, mahnılar, rəqslər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi