Vətənin müdafiəsinə hazıram

30.05. 2019 –cu il tarixində məktəbimizdə “ Çağrışaqədərki hazırlıq ” fənninə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər fənnin əhəmiyyəti, məqsəd və vəzifələri barəsində ətraflı məlumat verdilər. Çıxışlarda qeyd edildi ki, xalqına, tarixinə, adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. “ Çağrışaqədərki hazırlıq ” fənninin tədris prossesində bu keyfiyyətin formalaşması üçün geniş imkanlar vardır. Tədbirdə çıxışlarla yanaşı mövzunun əhəmiyyətini əks etdirən videoçarxlar da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi