Yaşa, Azərbaycan!
24.05.2019-cu il tarixdə məktəbimizin akt zalında təşkil olunan tədbir 28 May Respublika Gününə həsr olundu. Tədbirdə bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olması barəsində ətraflı çıxışlar edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətinə həsr olunmuş məruzələr dinlənildi, dövlət müstəqilliyini bizə bəxş edən tarixi şəxsiyyətlərə həsr olunmuş videoçarxlar nümayiş olundu. Şagirdlər istiqlaliyyətimizi vəsf edən şeirlər, mahnılar, şux rəqslər ifa edərək uğur, yüksəliş, sülh, əmin–amanlıq arzularını dilə gətirdilər.