Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması
Məktəbimizdə “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusuna həsr edilmiş seminar keçirildi. Seminar məktəbin XI sinif şagirdlərinin iştirakı ilə təşkil olundu. Məktəbin tarix müəllimi Ayməddin Qasımov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzu artan güclü bir dövlətdir. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində Qafqazın lider dövlətlərindən birinə çevrilib. Seminarda ətraflı çıxışlarla yanaşı, müstəqillik illərində Azərbaycanın qazandığı uğurlardan bəhs edən videolentlər nümayiş olundu.