Azərbaycançılıq ideologiyası
21.05.2019-cu il tarixdə məktəbimizdə “Azərbaycan ideologiyasının fəlsəfi məna tutumu” mövzusunda tədbir keçirildi. Tədbirdə şagirdlər məruzə ilə çıxış etdilər. Dinlənilən məruzələrdə Azərbaycanda milli ideologiyada şərqçilik və qərbçiliyin vəhdətinin həlledici amil olduğu qeyd edildi. Eyni zamanda ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrildiyi dinləyicilərin diqqətinə çatdırıldı. Tədbirin sonunda mövzu ilə bağlı slaydlar nümayiş etdirildi.