Görkəmli elm fədaisi!

     17.05.2019-cu il tarixdə məktəbimizdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş  “Həmid Araslının ədəbiyyatşünaslıq,  folklorşünaslıq və dastanşünaslıq sahəsində yaradıcılığı” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanın iştirakçıları olan  IXa sinif şagirdləri akademik Həmid Araslının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək ədəbiyyatımız qarşısında misilsiz xidmətlərindən bəhs etdilər. H.Araslının milli ədəbiyyatşünaslıq elminin, ümumən mənsub olduğu xalqın böyük təəssübkeşi olduğunu xüsusilə qeyd etdilər. Görkəmli elm fədaisinə həsr olunan məruzələr, nümayiş olunan videoçarxlar bir daha sübut etdi ki, böyük alimin zəngin elmi irsi bizim mənəvi sərvətimiz, milli fəxr mənbəyimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi