Reproduktiv sağlamlıq
13.05.2019-cu il tarixdə məktəbimizdə Təhsil Nazirliyi ilə “Ümidli Gələcək” Gənclər İctimai Təşkilatının birgə layihəsi həyata keçirildi. Layihə əsasında məktəbin VI sinif qızları ilə reproduktiv sağlamlıq mövzusunda söhbət aparıldı. Təlimçi Məhburə Əliyeva mövzu ətrafında geniş çıxış etdi. O, yeniyetmələrin sağlamlıqlarını qorumaları üçün maariflənməyə olan ehtiyaclarından, məlumatsızlıqdan yarana biləcək problemlərin ciddiliyindən danışdı. Tədbirdə mövzu ilə bağlı diskussiya aparıldı, müvafiq videoçarxlar nümayiş olundu, maarifləndirici materiallar paylanıldı.