İbtidai siniflərdə sağlam-mənəvi psixoloji və təhlükəsiz mühitin yaradılması

Şagirdlərdə düzgün davranış qaydlarının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərə malik nümunəvi şəxsiyyət kimi tərbiyə olunması, eləcə də onların asudə vaxtlarının səmərəli işlərə yönəldilməsi məqsədilə məktəbimizdə silsilə tədbirlər keçirilir. 7 – 8 may 2019-cu il tarixdə II, III, IV siniflərdə ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Natavan Cəlilovanın məktəbin psixoloqu Lalə Bayramova ilə birgə təşkil etdikləri tədbir də bu baxımdan böyük əhəmiyyət kəsb etdi. Şagirdlərə ictimai yerlərdə düzgün davranış qaydaları, əxlaq normaları ilə bağlı geniş məlumat verildi, onlarla mövzu ətrafında rollu oyunlar keçirildi. Eyni zamanda son dövrlər internetin sürətli inkişafı, məktəblilərin və azyaşlı uşaqların həyatında faydalı və zərərli tərəfləri ilə bağlı maarifləndirici söhbətlər və qarşılıqlı müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi